AZ

"MyGov"da olacaq yeniliklərdən DANIŞDIVİDEO

"MyGov" sadəcə elektron portal deyil, vahid platformaya çevirilir. Ötən ilin sonunda 2,2 milyon aktiv istifadəçisi olan sistemdə bu ilin yanvarına qədər bu rəqəm 2,5 milyona çatıb. İl sonuna qədər isə hədəf 5 milyon istifadəçidir. Xüsusilə dünənki müşavirə zamanı təqdimatda bildirildi ki, yeniliyin əsas mahiyyəti sənəd mərkəzli yanaşmadan "həyat hadisələri" modelinə keçiddir.

Xezerxeber.az-ın xəbərinə görə, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov deyir ki, "MyGov"un əsas üstünlüyü bütün xidmətlərin bir nöqtədən təqdim edilməsidir. Agentlik rəhbəri deyir ki, əsas məqsədlərdən biri də prosesləri avtomatik hala gətirməkdir.

Müsahibimiz bildirib ki, kağızsız hökumət artıq dövlət idarəçiliyinin əsas prinsiplərindən biri hesab olunur. Bu gün dövlət qurumları arasında sənədlər artıq kağız üzərində deyil, rəqəmsal sistemlər vasitəsilə dövriyyəyə buraxılır.  Agentlik rəhbəri qeyd edir ki, növbəti mərhələdə əsas diqqət vahid məlumat bazasının formalaşdırılmasına yönəldiləcək.

Başqa sözlə, gələcəkdə dövlət xidmətləri ayrı-ayrı proqramlar deyil, vahid platforma üzərindən göstəriləcək. Bundan başqa, gələcəkdə süni intellekt həlləri üçün vahid məlumat bazasının formalaşdırılamsı xidmətlərin daha sürətli, daha dəqiq və vətəndaş üçün daha rahat olmasını təmin edəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
116
xezerxeber.az

1Mənbələr