AZ

11 yaşlı uşaq qida zəhərlənməsindən ölüb? Araşdırılır

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Sabirabadda 1 nəfərin ölümü ilə nəticələnən qida zəhərlənməsi ilə bağlı araşdırma başlayıb.Bu barədə Demokrat.az-a AQTA-dan məlumat verilib.Bildirilib ki, Sabirabadda baş verən hadisə nəzarətdədir.“Hadisənin səbəblərinin, həmçinin qida zəhərlənməsi olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıb.Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək”, - deyə əlavə edilib.Qeyd edək ki, Sabirabadda bir ailənin 4 üzvü qidadan zəhərlənib. Ailə üzvlərindən 2015-ci il təvəllüdlü Cəfərov Hüseyn həyatını itirib.Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
51
2
demokrat.az

7Mənbələr