AZ

Kimsənin yaxınlaşmadığı qayada tək yaşayan qoyunun sirri

Şotlandiya sahillərində iki il qayada tək qaldığı üçün "dünyanın ən tənha qoyunu" adlandırılan Fionanın hekayəsi xoşbəxt sonluqla uekunlaşıb. Metbuat.az xəbər verir ki, qayalıqdan xilas edilən qoyun sağlamlığını bərpa etdikdən sonra əkizlər dünyaya gətirib. Məlumata görə, Fiona ilk dəfə qayalı ərazidə kanoeçi tərəfindən görülüb. Kanoeçi iki il sonra qoyunu yenə eyni ərazidə görəndən sonra hərəkətə keçib. Qoyun, iki il qayada qaldıqdan sonra könüllülər tərəfindən çətin əməliyyatla xilas edilib. Könüllülər avadanlıqlardan istifadə edərək qoyunları dik yamacdan çıxara biliblər və uğurlu xilasetmə əməliyyatı böyük diqqət çəkib.

Fiona Şotlandiyanın Damfris şəhərindəki fermaya aparılıb və sağlmalığı bərpa ediləndən sonra əkiz dünyaya gətirib.

Seçilən
5
metbuat.az

1Mənbələr