AZ

Yeni virus təhlükəsi -

İsveçdə əvvəllər atlarda qeydə alınmamış dəri infeksiyası - parapoksvirus infeksiyasına iki yoluxma aşkarlanıb, yoluxmuş heyvanların ayaqlarında xoralar və sulu qabarcıqlar əmələ gəlib. Bəs bu virusa Azərbaycandakı atlarda da rast gəlinə bilər?Veterinar Xəyyam Cəfərov Metbuat.az-a açıqlamasında bildirib ki, parapoksvirus zoonotik potensiala malikdir, yəni heyvanlardan insanlara keçmə ehtimalı yüksəkdir. O qeyd edib ki, bu virus ilk dəfə Finlandiyada yayılıb, hazırda isə İsveçdə də qeydə alınır. Bu isə onun yayılma arealının genişləndiyini göstərir: “İsveç və Finlandiya ilə kənd təsərrüfatı sahəsində əməkdaşlıq zamanı bu amil mütləq nəzərə alınmalıdır. Artıq məsələ kənd təsərrüfatına rəhbərlik edən şəxslərin diqqət və nəzarətindən asılıdır”. X.Cəfərovun sözlərinə görə, virus əsasən təmas yolu ilə insanlara keçir və dəridə, ağızda, burun nahiyəsində lezyonlar (yaralar) əmələ gətirir: “Bu xəstəlik atların “Equine Herpesvirusu” (EHV) ilə qarışdırılmamalıdır. Bəzən atların vərəmi (tuberkulyozu) ilə də səhv salına bilər. Buna görə də dəqiq diaqnoz üçün laborator nəticələr əsas götürülməlidir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
26
metbuat.az

1Mənbələr