AZ

Vladimir Putin Volodimir Zelenski ilə görüşməyə hazırdır, lakin…

Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında hər hansı bir görüş yalnız Moskvada baş tuta bilər.

Editor.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya mediasına verdiyi açıqlamada bildirib. Rusiya həmçinin Ukrayna ilə bağlı növbəti danışıqlar raundunun tezliklə baş tutacağını gözləyir. Peskov tarix açıqlamaqdan imtina edib.

Onun sözlərinə görə, Fransa və Almaniya prezidentləri – Emmanuel Makron və Merts hələlik Putinlə birbaşa əlaqə saxlamaq üçün heç bir cəhd göstərməyiblər.
Bundan əlavə, Moskva Kuba ilə yanacaq böhranı ilə əlaqədar yardım göstərməyin mümkün yolları barədə danışıqlar aparır, – deyə Peskov bildirib.

//Samir Qurbanov, Editor.az

Seçilən
41
editor.az

1Mənbələr