AZ

Bakıda üç marşrut avtobusu toqquşdu: Sərnişinlər üçün qorxulu anlar

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

Bu gün paytaxtın Yasamal rayonu ərazisində marşrut avtobuslarının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Müzəffər Həsənov küçəsində - metronun "20 Yanvar" stansiyasının qarşısında 3 avtobus toqquşub.

View this post on Instagram

Belə ki, "Bakubus"a məxsus olan 14 saylı xəttin BYD, 194 saylı xəttə məxsus olan "KingLong" və 159 saylı xətt üzrə işləyən "İsuzu" markalı avtobuslar bir-birinə çırpılıb.

Hadisə nəticəsində ciddi xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə xeyli ziyan dəyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
65
6
oxu.az

7Mənbələr