AZ

Minnesota ştatında qeyri-qanuni miqrantlara qarşı reydlər dayandırıldı

Minnesota ştatında qeyri-qanuni miqrantlara qarşı reydlər dayandırıldı

ABŞ Prezidenti Donald Trampın "sərhəd çarı" adlandırdığı sərhəd təhlükəsizliyinə məsul olan Tom Houman Minnesotada bir müddətdir davam edən və iki nəfərin ölümü ilə nəticələnən antimiqrasiya əməliyyatlarının başa çatdığını bəyan edib.

Houman 2025-ci ilin dekabrından bəri Minneapolis şəhərində intensivləşən və ölkə daxilində böyük etirazlara səbəb olan miqrasiya əməliyyatları ilə bağlı mətbuat konfransı keçirib.

"Gördüyümüz tədbirlər nəticəsində Minnesota artıq cinayətkarlar üçün əvvəlki kimi təhlükəsiz deyil" – deyən Houman, sözügedən bölgədəki əməliyyatların dayandırılmasını Prezident Trampa təklif etdiyini və ABŞ dövlət başçısının bu təklifi qəbul etdiyini bildirib. Houman iki aydan çox davam edən əməliyyatların Minnesotanı ABŞ xalqı üçün daha təhlükəsiz yerə çevirdiyini əlavə edib.

Fevralın 4-də keçirilən mətbuat konfransında 700 federal əməkdaşın Minneapolisdən dərhal ayrılacağını elan edən Houman, sözügedən bölmələrin bu həftədən etibarən geri çəkilməyə başladığını və bu prosesin gələn həftə də davam edəcəyini qeyd edib.

Minnesota qubernatoru Tim Volz fevralın 10-da verdiyi açıqlamada ştatdakı qeyri-qanuni miqrantlara qarşı dekabr ayında başlayan reydlərin həftələr və aylar deyil, günlər ərzində yekunlaşmasını gözlədiyini ifadə etmişdi.

ABŞ hökumət rəsmilərinin məlumatına görə, ABŞ-ın İmmiqrasiya və Gömrük Nəzarəti (ICE) bölmələrinin Minneapolis-St. Pol metropol sahəsinə yönəlmiş əməliyyatları nəticəsində 4000-dən çox insan saxlanılıb.

Seçilən
57
afn.az

1Mənbələr