AZ

Louis Vuitton a 500 min avro cərimə: Çirkli pullarla bağlı qalmaqal

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Niderland Prokurorluğu çirkli pulların yuyulmasının və terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması haqqında qanunun pozulmasına görə "Louis Vuitton" moda evinin ölkədəki bölməsinə 500 min avro məbləğində cərimə tətbiq edib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə prokurorluğun rəsmi açıqlamasında bildirilib.

Məlumata görə, şirkət uzun müddət iri məbləğdə nağd alışlar edən müştəriləri kifayət qədər diqqətlə yoxlamayıb və bununla da çirkli pulların yuyulmasına qarşı qanunvericiliyin əsas elementlərindən biri sayılan "müştərini tanı" prinsipini pozub.

Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, əsas şübhəli Lelystad şəhərində yaşayan 36 yaşlı qadındır. O, 2021-ci ilin avqustundan 2023-cü ilin fevralınadək cinayət yolu ilə əldə edilmiş iki milyon avrodan çox vəsaiti lüks malların, o cümlədən "Louis Vuitton" butiklərindən alınan məhsulların alışına xərcləyib. Alınan çantalar daha sonra sadə karton qutularda xaricə göndərilərək yenidən satılıb. Bu yolla vəsaitin mənşəyi guya qanuni ticarət fəaliyyəti kimi göstərilib.

İş üzrə daha iki nəfər də şübhəli qismində keçir: alışların rəsmiləşdirilməsində və uçotunun aparılmasında kömək edən qadın və Niderlanddakı "Louis Vuitton" mağazasının keçmiş əməkdaşı. İstintaqın versiyasına görə, həmin əməkdaş müştəriyə bahalı çantaların alınmasında kömək edir, yeni məhsulların gəlməsi barədə məlumat verir və aylıq xərclərin bir hesab üzrə 10 min avronu keçə biləcəyi hallarda xəbərdarlıq edirdi. Çünki 2026-cı ilə qədər şirkətlər 10 min avro və daha çox məbləğdə şübhəli nağd əməliyyatlar, o cümlədən bir-biri ilə əlaqəli ödənişlər barədə məlumat verməyə borclu idilər.

Qeyd olunur ki, bu ilin əvvəlindən etibarən Niderlandda üç min avrodan yuxarı nağd ödənişlərin qəbulu qadağan edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
32
oxu.az

1Mənbələr