AZ

Yenə güclü zəlzələ oldu

Yaponiya sahillərində 5,5 gücündə zəlzələ baş verib.

Publika.az Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadla xəbər verir ki, yeraltı təkanlar Yaponiyanın cənubundakı Okinava prefekturası yaxınlığında qeydə alınıb.

Məlumata görə, zəlzələnin mərkəzi təxminən 300 min insanın yaşadığı Naha şəhərindən 106 km cənub-şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və ya dağıntılar barədə məlumat daxil olmayıb.

Seçilən
28
publika.az

1Mənbələr