ain.az, Demokrat.az portalına istinadən məlumat verir.
Stor pərdələr hər nə qədər evə müasir hava qatsa da, bir çox evdar xanım üçün onların təmizliyi qorxuya çevrilir. Əslində isə düzgün yanaşma ilə bu pərdələri ilk günkü kimi tərtəmiz saxlamaq elə də çətin deyil. Üstəlik, bahalı kimyəvi vasitələrə pul xərcləməyə də ehtiyac yoxdur, bir az su və sabun kifayət edir.Demokrat.az xəbər verir ki, işin ən vacib sirri təmizliyə başlamazdan əvvəl pərdəni quru halda tozdan təmizləməkdir. Pərdəni tam açdıqdan sonra tozsoranın aşağı gücü ilə onun üzərindən keçmək lazımdır. Əgər birbaşa su tətbiq etsəniz, yığılan tozlar islanaraq ləkəyə çevriləcək və parçanın canına hopacaq.Kiçik kirlənmələr üçün pərdəni yerindən sökməyə heç ehtiyac da yoxdur. İlıq sabunlu su və mikrofiber bezlə yerindəcə silmək problemi həll edir. Lakin pərdə çox çirklidirsə və əsaslı təmizlik tələb olunursa, əllə yuma ən təhlükəsiz üsuldur. Bu zaman suyun qaynar olmamasına diqqət etmək lazımdır, çünki isti su pərdənin teksturasını sıradan çıxara bilər. Pərdəni sabunlu suda bir qədər saxlayıb süngərlə ehtiyatla silmək, onu bükmədən və sıxmadan yumaq vacibdir.Pərdələri maşına atmaq istəyənlər isə ehtiyatı əldən verməməlidir. Rejim mütləq 30 dərəcədən yuxarı olmamalı və sıxma funksiyası söndürülməlidir. Digər tərəfdən, ağardıcı kimi aqressiv maddələr pərdənin rəngini qaçıra, materialını çürüdə bilər. Təmizlik bitdikdən sonra pərdəni asaraq yox, düz bir yerə sərərək qurutmaq lazımdır. Çünki yaş pərdə asılanda suyun ağırlığı ilə uzana və forması tamamilə korlana bilər.Aytən
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.