AZ

Rubio Münxendə Zelenski ilə görüşə biləcəyini açıqlayıb

Vaşinqton, 13 fevral, AZƏRTAC

ABŞ Dövlət katibi Marko Rubio Münxendə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşə biləcəyini açıqlayıb. AZƏRTAC-ın məlumatına görə, bu barədə o, Münxen Təhlükəsizlik konfransına yola düşərkən hava limanında jurnalistlərə deyib. Onun sözlərinə görə, indi ilin ən soyuq vaxtıdır və insanlar müharibəyə görə əziyyət çəkir. “Buna görə də bir ildən çoxdur ki, bu müharibəyə son qoymaq üçün çox çalışırıq”,- deyə o əlavə edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
38
6
azertag.az

7Mənbələr