AZ

Dmitri Peskov xarici brendlərin Rusiyaya qayıdacağına əmin olduğunu bildirib

BAKI, 13 fevral. TELEQRAF

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Qərb ölkələrinin şirkətlərinə göstərilən siyasiləşdirilmiş təzyiq zəiflədikcə xarici brendlərin Rusiyaya qayıdacağını bildirib.

Teleqraf xəbər verir ki, o, bu fikirləri “Nyum TASS”a müsahibəsində səsləndirib.

Peskovun sözlərinə görə, zamanla xarici brendlər mütləq geri dönəcəklər və biznesin maraqlarına zidd olan siyasiləşdirilmiş təzyiq kənara çəkiləcək. Onun fikrincə, bu baş verdikdən sonra şirkətlər Rusiya bazarına qayıtmağa tələsəcəklər.

Kremlin sözçüsü vurğulayıb ki, istənilən iqtisadiyyat xarici investisiyalarda və bazarda məhsul müxtəlifliyində maraqlıdır. O qeyd edib ki, məhsul çeşidinin çoxluğu vətəndaşlara daha münasib qiymətə daha keyfiyyətli mallar almaq imkanı yaradır. Peskov əlavə edib ki, burada əsas məsələ brendlər və ya biznes deyil, vətəndaşların maraqlarıdır – insanların daha yaxşı məhsulları daha ucuz qiymətə ala bilməsi.

Seçilən
48
teleqraf.com

1Mənbələr