AZ

"Putin şeytandır. Ona yalnız balkondan atılmağa kömək etmək olar..."-"Ethereum" kriptovalyutasının yaradıcısı

 
 
"Tramp və Vens Putinə sülhə razılaşmaq və qəhrəman kimi görünmək şansı verdilər. Fəqət o, bunu qəbul etmədi..."
 
 "Ethereum" yaradıcısı Vitalik Buterin Ukraynanı niyə dəstəklədiyini izah edib...
 
Moderator.az xəbər verir ki, "Meduza" bu haqda məlumat yayıb.
 
Məlumatda deyilir ki, bu, "Ethereum" kriptovalyutasının yaradıcısı Vitalik Buterinin 12 fevralda verdiyi açıqlamanın qısa xülasəsidir.
Fotoda: Putin "Ethereum" kriptovalyutasının imkanları tanış olarkən. Sağdan 1-ci Buterindir. 11 sentyabr 2021-ci il
 
"Rusiyanın Ukraynaya tammiqyaslı işğalının başlamasından təxminən dörd il keçir. Mən buna fərqli baxış bucaqlarından baxıram: Rusiyada anadan olmuşam, amma Kanadada böyümüşəm. Bütün həyatım boyu Rusiya siyasətini internetdə izləyirəm, hətta Navalnıya bitkoin göndərmişəm, amma fəaliyyətinə çox da qarışmamışam. Rusiya müxalifəti çıxılmaz vəziyyətdədir - insanlar Rusiyanı tərk ediblər və sakitcə ianələr üçün çalışırlar.
 
Mən Ukraynanı dəstəkləyirəm. Bu müharibə cinayətkar təcavüzdür,  bəzilərinin dediyi kimi, "hər iki tərəfin çirkli davrandığı mürəkkəb vəziyyət" deyil. Bəziləri iddia edir ki, 1990-cı illərdə Rusiyaya demokratik dünyaya girmək şansı verilməyib. Lakin NATO yalnız Rusiyanın müharibələr aparması və ölkələrin bundan qorxması səbəbindən böyüməyə başladı. "Çirkli oyun" 2022-ci ilin birtərəfli cəhənnəmini haqlı çıxara bilməz...
 
Putin Donbası müdafiə etmək istədiyini söylədi, amma bütün Ukraynaya hücum etdi. Rusiya ordusu humanitar hədəflərə hücum edir. Lakin Ukrayna Silahlı Qüvvələri mülki şəxslərə deyil, müharibə infrastrukturuna hücum edir...
 
Tramp və Vens tam donuzlar kimi davranırlar, amma Putinə sülhə razılaşmaq və qəhrəman kimi görünmək şansı verdilər. Fəqət o, bunu qəbul etmədi. Sülh onunla deyil, Rusiya cəmiyyəti ilə lazımdır. Putin şeytandır və rus xalqı nə mələk, nə də şeytandır. Putinə yalnız eyvandan tullanmağa kömək etmək olar. Bundan sonra Rusiyadakı ən "hannibalizmdən- adamyeyənlikdən uzaq" fraksiyanın daxili "taxt oyununda" qalib gəlməsinə kömək etməliyik.
 
"Gələcəyin gözəl Rusiyası" necə olacaq? Bəzən bu barədə düşünmək səhv görünür, çünki Rusiya hər gün ukraynalıları öldürür. Lakin uzunmüddətli perspektivdə təhlükəsizliyin ən davamlı qarantiyası Rusiyanın heç kimi təhdid etməməsidir. Gələcəyin ideal, dinc Rusiyasında, bugünkü müxalifətin işində olduğu kimi, mərkəzləşdirilməmiş siyasət ideyaları tətbiq olunmalıdır.
 
Qısa müddətdə Ukraynanın atəşkəsə nail olmaq üçün köməyə ehtiyacı var. Daha sonra isə Putindən sonra nə baş verəcəyi barədə düşünməyin vaxtı çatacaq", -Buterin belə deyib.
 
S.Laçın
Seçilən
24
1
moderator.az

2Mənbələr