ain.az, Xalqcebhesi portalına istinadən məlumat verir.
İrana ABŞ və İsrail müdaxilə etməsə belə durum getdikcə ağırlaşacaq. İqtisadiyyat çökür. ABŞ-ın İranı demək olar ki, mühasirəyə alması nəticəsində müharibəyə hazır vəziyyətdə davam etməyə məcbur olan rejim bütün gəlirləri mümkün hücum və müdafiəyə yönəldib. Prezident Pezeşkiyan bəyan edib ki, onun aylıq maaşı 1000 dollara enib. Bu durum davam edərsə əhalinin sosial-iqtisadi vəziyyəti daha da ağırlaşaraq son həlledici ölüm-qalım üsyanına qalxmağa vadar edəcək.
Xalqcebhesi.az xəbər verir ki, bunu ilahiyyatçı Tural İrfan deyib.
O, qeyd edib ki, din xadimləri ölkəni siyasət və ədalətlə deyil, kin-küdurət, nifrət, təkəbbür və qəzəblə idarə edirlər ki, bu da xalqın məhvinə gətirib çıxarır.
Yeganə yol, ali dini liderin səlahiyyətlərini prezidentə dövr edərək ölkənin bütün güc strukturlarını ona tabe etməsidir. Bu, bir neçə mərhələdə baş verə bilər. Qartımış molla rejimi artıq düşünmə qabiliyyətini də sanki itirib. Əgər özünü ələ ala bilsə, idarəetmə strukturlarında reform apararaq referendum da keçirilə bilər. Hazırki sistemin qalması yaxud getməsi xalq tərəfindən müəyyən olunar.
Əgər prezident Pezeşkiyana səlahiyyətlər dövr edilərsə o İranı xilas edə bilər. Hakimiyyət hər hansı reformist addım atmasa iqtisadi vəziyyət yaxın zamanda dözülməz həddə çataraq yenidən xalqın ayaqlanmasını labüd edəcək. Bu dəfə də xalq qalxsa, fürsəti əldən verməyib ABŞ bir yandan, İsrail digər yandan müdaxilə edəcək ki, onda da ara qarışıb məshəb itəcək.
Cavid
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.