AZ

16 ildir axtarışda olan azarkeş həbs olundu: Görün necə tapılıb

İtaliya polisi Slovakiya hokkey millisinin Finlandiyaya qarşı oyununda 44 yaşlı slovakiyalı azarkeşi həbs edib.

Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Adı açıqlanmayan şəxs 16 il əvvəl bir neçə oğurluq törədib və bu müddət ərzində ədalət mühakiməsindən yayınıb. O, 2010-cu ildə mağazalardan oğurluğa görə 11 ay 7 gün müddətinə azadlıqdan məhrum edilməlidir.

Bildirilir ki, axtarışda olduğunu bilsə də, o, yığmasını dəstəkləmək üçün İtaliyaya getmək qərarı verib.

Lakin oyunu izləmək ona qismət olmayıb. Karabinyerlər onu Milanın kənarındakı qonaq evində qeydiyyatdan dərhal sonra saxlayıblar.

Seçilən
28
50
publika.az

10Mənbələr