AZ

Barselona nın Madriddə qara gecəsi, Flik üçün NOKAUT

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik peşəkar məşqçilik karyerasının ən ağır məğlubiyyətini yaşayıb.

Oxu.Az "MisterChip" xəbər verir ki, o, məşqçilik etdiyi dövr ərzində dörd və daha çox qol fərqi ilə məğlub olmamışdı.

İspaniya Kubokunun ilk yarımfinal matçında "Barselona"nın "Atletiko Madrid"ə 0:4 hesabı ilə uduzması Flikin bu antirekorduna səbəb olub. Cavab matçı martın 3-də, "Barselona"nın meydanında keçiriləcək.

Qeyd edək ki, Flik 2024-cü ildən "Barselona"ya rəhbərlik edir. Onun Kataloniya klubu ilə müqaviləsi 2027-ci ilə qədərdir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
35
1
oxu.az

2Mənbələr