AZ

Abxaziyada ruslara hücum: Moskva 7 nəfəri tələb edir

Soçi məhkəməsi ruslara qarşı silahlı soyğunçuluqda şübhəli bilinən yeddi Abxaziya vətəndaşını qiyabi olaraq həbs edib.

Publika.az xəbər verir ki, "Vzglyad" qəzetinin məlumatına görə, onların arasında respublika parlamentinin hazırkı üzvü Kan Kvarçia da var.

İctimaiyyətə açıq məlumatlara görə, iş soyğunçuluq, hücum və mənimsəmə ilə bağlıdır. Prezident yanında İnsan Hüquqları Şurasının üzvü Aleksandr İonov şübhəlilərin istintaqdan gizləndiyini bildirib.

Məhkəmə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatəti təmin edib. Qiyabi həbs olunanlar siyahısında Kan Kvarçiya ilə yanaşı, Kan Dumaa, Azamat Xalbata, Efrem Kvarçiya və David Nakopia da var. Onların hamısı Abxaziyada Rusiya vətəndaşlarına hücumda ittiham olunurlar.

İonov qeyd etdi ki, parlament toxunulmazlığı şəxsləri cinayət məsuliyyətindən azad etmir. O bildirib ki, beynəlxalq təcrübə qanunvericilik statusuna malik şəxslərin ya toxunulmazlığı ləğv edildikdən sonra, ya da dövlətlərarası müqavilələr əsasında təqib olunmasını nəzərdə tutur.

Seçilən
24
1
publika.az

2Mənbələr