AZ

Bu üsulla 14 dəfə cekpot uddu FOTO

ain.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

14 dəfə cekpot udan riyaziyyatçı yenidən gündəmə gəlib. Söhbət Stefan Mandel adlı riyaziyyatçıdan gedir.

Milli.Az xəbər verir ki, o, hazırladığı xüsusi sistem sayəsində müxtəlif ölkələrin lotereyalarında qalib olmağı bacarıb.

Məlumata görə, Mandel Rumıniyada yaşadığı dövrdə ayda cəmi 88 dollar qazanırdı. İlk böyük uduşundan sonra isə məbləğin böyük hissəsini rüşvətə xərcləyərək ailəsi ilə birlikdə ölkədən ayrılıb və Avstraliyaya köçüb.

O, məhz hazırladığı sistem vasitəsilə 12 dəfə cekpot qazanmağa nail olub. Bu uğurlardan sonra həmin ölkədə lotereya qaydaları ciddi şəkildə dəyişdirilib. Lakin Mandel bununla kifayətlənməyib və sistemini ABŞ-nin Virciniya ştatında tətbiq edib. Nəticədə 27 milyon dollarlıq cekpotu qazanıb.

Bu böyük uğurdan sonra diqqətlər ona yönəlib, hətta FTB və Mərkəzi Kəşfiyyat İdarəsi kimi qurumlar məsələyə qarışıb. Aparılan araşdırmalar nəticəsində onun qanunsuz fəaliyyətlə məşğul olduğu sübuta yetirilməyib. Buna baxmayaraq, baş verənlərdən sonra bir çox ölkələrdə lotereya qaydaları dəyişdirilib və Mandelin əvvəlki üsulla yenidən böyük uduş əldə etməsi mümkünsüz hala gəlib.

Onun sistemi isə belə olub: əvvəlcə ehtimalları dəqiq hesablayır, daha sonra investorlar tapır, ehtimallara uyğun rəqəmləri müəyyənləşdirir və kütləvi şəkildə bilet alırdı. Rəqəmlər öncədən hazırladığı alqoritm əsasında seçilirdi. Bildirilir ki, son böyük uduş zamanı o, ümumilikdə 1 ton ağırlığında bilet almışdı.

Hazırda Stefan Mandelin Sakit okeandakı tropik adalardan birində sakit həyat sürdüyü deyilir.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
1
news.milli.az

2Mənbələr