AZ

Flikin ən ağır məğlubiyyəti

ain.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

Flikin ən ağır məğlubiyyəti

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik karyerasında ən böyük məğlubiyyətini yaşayıb.

QOL.az xəbər verir ki, bu barədə “MisterChip” sosial şəbəkədə məlumat yayıb. Bildirilib ki, alman mütəxəssis peşəkar məşqçilik fəaliyyətində son 21 ildə dörd və ya daha çox top fərqi ilə uduzmamışdı. O, sonuncu dəfə belə nəticəni Almaniya çempionatının IV divizionunda çalışdığı dövrdə yaşamışdı.

İspaniya kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Barselona” “Atletiko”ya 0:4 hesabı ilə məğlub olub.

Cavab qarşılaşması martın 3-də Barselonada keçiriləcək. Flik 2024-cü ildən Kataloniya klubuna rəhbərlik edir. Onun müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
112
2
qol.az

3Mənbələr