AZ

Parkda uşaqları balta ilə qovan şəxs SAXLANILDI

Qubada parkda balta ilə uşaqları qovan kişi saxlanılıb.

Far.Az lent.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Nizami parkında qeydə alınıb.

38 yaşlı Davud Mirzəyev (ad və soyad şərtidir) axşam saatlarında balta ilə azyaşlıları qovub. Ərazidə xidmətdə olan polis əməkdaşları onu saxlayıb əlindən baltanı alıblar. Davud qovduğu uşaqlarla birgə polis şöbəsinə aparılıb və barəsində iki maddə üzrə protokol tərtib olunub.

Davud Mirzəyev ifadəsində həmin zaman sərxoş olduğunu və olanları xatırlamadığını deyib.

Quba rayon Məhkəməsi onun etdiyi əməldə cinayət tərkibi olduğunu qeyd edib və işi baxılması üçün Quba rayon Prokurorluğu, eləcə də rayon Polis Şöbəsinə göndərib.

Seçilən
15
2
far.az

3Mənbələr