AZ

Banqladeş Milliyyətçi Partiyası parlament seçkisində qələbə qazanıb

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Pekin, 13 fevral, AZƏRTAC

Banqladeşdə fevralın 12-də keçirilmiş parlament seçkisinin ilkin nəticələrinə görə Banqladeş Milliyyətçi Partiyası (BNP) parlamentdə 178 yer qazanıb.

AZƏRTAC Banqladeş mediasına istinadla xəbər verir ki, indiyədək 249 dairə üzrə səslər sayılıb. BNP-nin əsas rəqibi olan “Camaat-e-İslam” Partiyası 53 yer qazanıb.

Parlamentdə üstünlüyü təmin etmək üçün siyasi partiyalara 300 yerdən ən azı 151-ni qazanmaq lazımdır. BNP bu hədəfə nail olub. Beləliklə, BNP 20 illik fasilədən sonra hakimiyyətə qayıdıb.

BNP-nin baş katibi Mirzə Faxrul İslam Alamgir bildirib ki, partiya parlamentdəki yerlərin üçdə ikisini qazanıb.

Qeyd edək ki, bu seçki sabiq Baş nazir Şeyx Hasinanın hakimiyyətdən uzaqlaşdırılmasından sonra keçirilən ilk parlament seçkisi olub.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
2
azertag.az

3Mənbələr