Rusiya gecə yarısı Ukraynanın paytaxtı Kiyev və Odessa şəhərlərinə hava hücumları həyata keçirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, gecə boyu hər iki şəhərdə partlayışlar baş verdikdə Rusiya Ukraynaya məxsus 106 pilotsuz uçan aparatın (PUA) məhv edildiyini açıqlayıb.
Ukrayna Hava Qüvvələri hücum zamanı ard-arda xəbərdarlıqlar yayımlayıb.
Kiyev Şəhər Bələdiyyə Başçısı Vitali Kliçko Rusiya qüvvələrinin kritik infrastruktur obyektlərini hədəf aldığını bildirərək, “Düşmən ballistik raketlərlə paytaxtın infrastrukturunu vurur. Sığınacaqlarda qalın” - xəbərdarlığını edib.
Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti hücumlar nəticəsində 13 nəfərin yaralandığını açıqlayıb.