AZ

IEA: Azərbaycan yanvarda "OPEC+" kvotasından gündəlik 90 min barel geri qalıb

Azərbaycanda neft hasilatı bu ilin yanvar ayında gündəlik 460 min barel təşkil edib və ötən ilin dekabr səviyyəsindən 10 min barel azdır.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatına istinadən xəbər verir.

IEA analitiklərinin hesablamalarına görə, Azərbaycanın yanvar ayında neft hasilatı "OPEC+" sazişi çərçivəsində planda nəzərdə tutulandan gündəlik 90 min bareldən çox geri qalıb.

Azərbaycanın "OPEC+" sazişi çərçivəsində bu il üçün neft hasilatı kvotası gündəlik 550 min barel təşkil edir.

Seçilən
0
2
banco.az

3Mənbələr