AZ

İran XİN rəhbərinin BMT-dəki çıxışı ləğv edildi

BMT İnsan Hüquqları Şurasının fevralın 23-də başlayacaq iclasında İranın xarici işlər naziri Abbas Əraqçının çıxışı ləğv edilib.

Missiya.Az xəbər verir ki, bu barədə BMT-nin icraçı direktoru və beynəlxalq hüquqşünas Hillel Neuer özünün “X” sosial media hesabında məlumat yayıb.

O bildirib ki, İranın xarici işlər nazirinin adı rəsmi natiqlər siyahısından çıxarılıb.

Neuerin sözlərinə görə, qərar Əraqçının tədbirə dəvət olunmamasını tələb edən və İsveçrə polisindən onun insanlığa qarşı cinayətlərə görə həbsini istəyən 100 mindən çox imzanın toplanmasından sonra qəbul edilib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
112
3
missiya.az

4Mənbələr