AZ

Sahibə Qafarova: ABŞ nin Vitse prezidentinin Azərbaycana səfəri tarixi əhəmiyyətə malikdir

Baku.ws saytına istinadən ain.az xəbər verir.

ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri tarixi əhəmiyyətə malikdir.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında deyib.

"Bu səfər iki ölkə arasında yeni mərhələnin açılması deməkdir. Bu səfərlər bir çox sahələr üzrə ABŞ-Azərbaycan əməkdaşlığının dərinləşməsini möhkəm təməl üzərində qurur. İki ölkə arasında imzalanmış Xartiya bir çox sahələrdə iş birliyini əks etdirir", - o əlavə edib.

Parlament sədri əlavə edib ki, bu gün regionda baş verən dəyişikliklər şəraitində Azərbaycan tərəfdaşlıq prinsipinə əsaslanır: "Biz Ermənistanla sülh istiqamətində ABŞ Prezidenti Donald Trampın rolunu yüksək qiymətləndiririk".

O əlavə edib ki, iki ölkənin əməkdaşlığı geniş bir bölgənin maraqlarına xidmət edir.

Qeyd edək ki, fevralın 10-da Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vens Azərbaycanda səfərdə olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
8
baku.ws

9Mənbələr