AZ

"Şərq-Qərb" nəşriyyatının arxasından da Ramiz Mehdiyev çıxdı...



Milli Məclisin sabiq deputatı Etibar Əliyev Ramiz Mehdiyevin nəzarətində olan nəşriyyat barədə maraq doğuran açıqlama verib.

Globalinfo.az-a danışan sabiq deputat bildirib ki, hələ Milli Məclisdə olduğu dövrdə “Şərq-Qərb” nəşriyyatının Ramiz Mehdiyevin oğlu Timur Mehdiyevə məxsus olması haqda məsələ qaldırıb:

“Dəfələrlə demişəm ki, yüksək vəzifə tutan, fövqəladə hallar nazirinin müavini olan şəxs biznes fəaliyyəti ilə məşğul ola bilməz. Lakin məsələ diqqətə alınmadı. “Şərq-Qərb” nəşriyyatına müxtəlif poliqrafiya işləri, dərsliklər çap etmək üçün böyük məbləğdə vəsait ayrılmışdı. Təxminən 36 milyon manat idi. Lakin bu vəsaitlərin xərclənməsi şəffaf olmayıb. Hətta Hesablama Palatası “Şərq-Qərb” nəşriyyatını yoxlamışdı və 10 milyon manat debitor borc aşkar etmişdi”.

E.Əliyev həmçinin bildirib ki, sözügedən nəşriyyat Milli Ensiklopediyanın binasında iki mərtəbəni qanunsuz zəbt edərək orada fəaliyyət göstərir.

Keçmiş Administrasiya rəhbərinin evindən çıxan pulların hara(lar)dan gəldiyi bir-bir açılır…

SAMİRƏ

Seçilən
48
baki-xeber.com

1Mənbələr