AZ

Bələdiyyələrin büdcə gəlirlərində artım müşahidə edilir

2025-ci ildə əksər bələdiyyələrin büdcə daxilolmaları müsbət nəticələr göstərib. 2024-cü illə müqayisədə yerli büdcələrə yerli vergilərdən təxminən 26 % (7,2 milyon manat) çox vəsait daxil olub.

Kommersant.az xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Məclisin bugünkü plenar iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı Ədliyyə Nazirliyinin 2025-ci il üzrə illik məruzəsinin müzakirəsi zamanı deyib.

“Eyni zamanda, 2025-ci il ərzində inzibati nəzarət orqanı tərəfindən 273 maarifləndirmə tədbiri həyata keçirilib və bu tədbirlərdə 7 mindən çox bələdiyyə nümayəndəsi iştirak edib.

Bundan əlavə, bələdiyyə aktları və müraciətlərə baxılması zamanı 6074 tövsiyə göndərilərək müxtəlif məsələlər üzrə bələdiyyələrə metodoloji dəstək göstərilib”, - deyə nazir müavini vurğulayıb.

Seçilən
27
12
kommersant.az

10Mənbələr