AZ

Azərbaycan regionda qabaqcıl mövqelərə malikdir



"Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər ərzində Azərbaycanda aparılan ardıcıl və sistemli islahatlar nəticəsində ölkənin idarəetmə modeli müasir çağırışlara uyğun şəkildə yenilənir. Yeni rəqəmsal arxitektura konsepsiyası, bu islahatların növbəti strateji mərhələsini təşkil edərək dövlətin idarəçilik fəlsəfəsinin, texnoloji infrastrukturunun və ictimai xidmət mexanizmlərinin köklü surətdə yenilənməsini nəzərdə tutur.Müşavirədə vurğulandığı kimi, rəqəmsallaşma təkcə texnoloji yenilik deyil, eyni zamanda, idarəçilik mədəniyyətinin dəyişməsi, dövlət-vətəndaş münasibətlərində yeni keyfiyyət mərhələsinə keçid deməkdir".

Newscenter.az xəbər verir ki, bunları Salyan Regional “Asan Xidmət” Mərkəzinin direktoru Samir Hüseynov deyib. O bildirib ki, bu yanaşmanın əsas məqsədi şəffaflığı artırmaq, operativliyi təmin etmək, insan faktorundan asılılığı azaltmaq və vətəndaş məmnunluğunu yüksəltməkdir:

"Bu gün Azərbaycan artıq regionda elektron hökumət və rəqəmsal dövlət xidmətləri sahəsində qabaqcıl mövqelərə malikdir. “Elektron imza sistemi, “ASAN xidmət” modeli, “myGov” platforması, vahid dövlət xidmətləri portalı və digər innovativ həllər dövlət idarəçiliyində çeviklik və əlçatanlıq baxımından mühüm nəticələr ortaya qoyub. Yeni vahid fəaliyyət planı isə bütün bu mexanizmlərin inteqrasiya olunmasını, vahid rəqəmsal ekosistemin formalaşdırılmasını və dövlət strukturlarının tam koordinasiyasını təmin etməyə yönəlib. Prezident İlham Əliyevin strateji baxışında dövlət idarəçiliyində şəffaflığın təmin olunması və korrupsiyaya qarşı mübarizə əsas yer tutur. Rəqəmsal platformaların tətbiqi birbaşa insan təmaslarını minimuma endirərək subyektiv qərarların və sui-istifadə hallarının qarşısını alır. Elektron xidmətlərin genişləndirilməsi nəticəsində qərar qəbuletmə mexanizmləri daha sürətli, obyektiv və hesabatlı olur".

Anar
Seçilən
39
newscenter.az

1Mənbələr