AZ

Polisə sərxoş olmadığını bildirdi, anası “içib” dedi KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakının Xəzər rayonu ərazisində sərxoş halda avtomobili idarə edən sürücü inzibati qaydada məsuliyyətə cəlb olunub.

KONKRET.az-ın teleqraf-a istinadən verdiyi xəbərə görə, Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılan B.D-dən “alkotester” vasitəsilə nümunə götürülüb.

Həmin nümunədə şəxsin spirtli içki qəbul etməsi ilə bağlı müsbət göstərici olsa da, sürücü bununla razılaşmayıb.

Maraqlıdır ki, həmin vaxt sürücünün anası xidməti avtomobilə yaxınlaşaraq oğlunun spirtli içki qəbul etməsini qeyd edib, qonaqlıqdan gəldiklərini bildirib.

Bundan sonra sürücü sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokolu şəxsən yazıb, spirtli içki qəbul etdiyini qeyd edib.

İnzibati xəta haqqında iş baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib. Məhkəmə 1995-ci il təvəllüdlü sürücünü 400 manat məbləğində cərimələyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
4
konkret.az

5Mənbələr