AZ

FİFA "Qarabağ"ın rəqibinə sərt sanksiya tətbiq etdi - SON DURUM

İspaniyanın "Atletik" klubu FIFA-nın sərt sanksiyaları ilə üzləşib.

Fanat.Az "Athletic Xtra"-ya istinadən xəbər verir ki, FİFA Bilbao təmsilçisini yeni oyunçu qeydiyyatından məhrum olunmuş klublar siyahısına əlavə edib.

Sanksiyalar olduqca sərtdir: "Atletik Bilbao"ya üç transfer pəncərəsi ərzində oyunçu qeydiyyatdan keçirmək qadağan edilib. Bu o deməkdir ki, Bask klubu 2027-ci ilin yayına qədər yeni oyunçular transfer edə bilməyəcək.

Hazırda FİFA-nın qərarının konkret səbəbləri məlum deyil. Sanksiyaların səbəbini izah edən rəsmi açıqlama da verilməyib.

Qeyd edək ki, "Atletik" "Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərindən olub. Azərbaycan çempionu Bilbaoda üzləşdiyi rəqibinə 1:3 uduzub. 

Seçilən
11
1
fanat.az

2Mənbələr