AZ

Tramp İrana ikinci mərhələ xəbərdarlığı etdi: Çox travmatik olacaq

Tramp

ABŞ Prezidenti Donald Tramp bildirib: “İranla bir razılaşma əldə etməliyik, əks halda çox travmatik olacaq. Əgər razılığa gələ bilməsək, ikinci mərhələyə keçəcəyik və bu mərhələ onlar üçün çox çətin olacaq.”

Xalqcebhesi.az xəbər verir ki, Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında İranla aparılan danışıqlar prosesi barədə açıqlama verib. Razılaşma əldə olunmasa, Tehran üçün vəziyyətin ağırlaşacağını qeyd edən Tramp deyib: “İranla bir razılaşma əldə etməliyik, əks halda çox travmatik olacaq. Mən bunun olmasını istəmirəm, onlarla razılaşma etməliyik.”

Tramp bildirib ki, İsrail Baş naziri Benyamin Netanyahu ona danışıqları dayandırmaq barədə təklif verməyib, amma məsələni bütün tərəfləri ilə müzakirə ediblər. O, son qərarın özünə aid olduğunu vurğulayıb: “Netanyahu vəziyyəti başa düşür, amma nəhayət bu qərar mənim üzərimdədir.”

Tramp mümkün razılaşmanın ABŞ üçün ədalətli və faydalı olmasının vacibliyini qeyd edib, əks ssenari üçün planlara diqqət çəkib: “Əgər razılığa gələ bilməsək, ikinci mərhələyə keçəcəyik və bu mərhələ onlar üçün çox çətin olacaq. Mən bunun arxasınca getmirəm.”

Danışıqların müddəti ilə bağlı suallara cavab verən Tramp bildirib ki, görüşlərin müddətinə heç bir məhdudiyyət yoxdur, dialoq gələn ay da davam edə bilər və prosesin tam nəzarəti onun təşəbbüsündədir.

Məryəm Quliyeva

Seçilən
12
1
xalqcebhesi.az

2Mənbələr