AZ

Deputat bələdiyyələrin sayının yenidən azaldılmasını istəyir

Azərbaycanda bələdiyyələrin sayının yenidən azaldılması təklif olunur. 

Xezerxeber.az xəbər verir ki, bu təklifi Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin bugünkü plenar iclasında səsləndirib.

Onun sözlərinə görə, bələdiyyələrin sayının daha da azaldılması həm xərcləri aşağı salacaq, həm də çevikliyi artıracaq. 

 "Bolqarıstanda 265, Belarusda 200, Rumıniyada 103, Gürcüstanda isə 69 bələdiyyə var. Azərbaycanda fəaliyyət göstərən bələdiyyələrin sayı hələ də Mərkəzi və Şərqi Avropa ölkələri ilə müqayisədə çoxdur. Bu isə onların fəaliyyətlərinin səmərəliliyinə, eləcə də şəffaflığına təsir göstərir".

V.Bayramov hesab edir ki ki, Azərbaycanda hər min nəfərə düşən bələdiyyə sayı çoxdur: "Bu mənada, bələdiyyələrin sayının azaldıması effektiv olar".

Qeyd edək ki, bir müddət əvvəl ölkədə 1 400 bələdiyyə birləşdirilərək ümumi sayı 685-ə endirilib.

Seçilən
80
4
xezerxeber.az

8Mənbələr