AZ

Deputat bələdiyyələrin vergi yığımı sahəsində problemləri olduğunu bildirib

Apa.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Deputat Azər Badamov bələdiyyələrin vergi yığımı sahəsində problemləri olduğunu bildirib.

APA xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2025-ci ildə fəaliyyəti haqqında məruzəsi”nin müzakirəsi zamanı deputat deyib ki, bələdiyyələrin maliyyə dayanıqlığı əsasən yerli vergilərin effektiv toplanmasından asılıdır.

Azər Badamov bildirib ki, praktikada vergi bazasının zəif uçotu, vergi ödəmə intizamının aşağı olması və informasiya sistemlərinin natamamlığı ciddi problemlər yaradır: “Həm də vergilərin yığılması ilə bağlı bir təsir mexanizmi olmadığından bələdiyyələr əksər hallarda vergi ödəyicilərinə bildirişlər göndərməklə kifayətlənir. Ona görə də vergilərin yığılması çox passiv həyata keçirilir. Amma Konstitusiyanın 73-cü maddəsinin birinci bəndinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərinin tam həcimdə vaxtında ödəmək hər bir kəsin borcudur. Bu baxımdan, vergilərin ödənilməsində passivliyin olması nəticəsində aşağı vergi yığımı bələdiyyələrə fəaliyyətlərini lazımı qaydada qurmağa imkan vermir. Həm də maarifləndirmə və ictimai hesabatlılıq olmalıdır. Vətəndaş bilməlidir ki, ödədiyi vergi hansı konkret layihəyə xərclənir”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
1
apa.az

2Mənbələr