AZ

Tramp Qəzza ilə bağlı çoxmilyardlıq planını açıqlayacaq – Bu tarixdə...


ABŞ administrasiyası 19 fevralda Vaşinqtonda keçiriləcək Sülh Şurasının ilk iclasında Qəzza zolağının yenidən qurulması üçün çoxmilyardlıq planını təqdim edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə mənbələrə istinadla “Reuters” agentliyi məlumat yayıb.
ABŞ rəsmiləri arasındakı mənbələrin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp iclasda Fələstin anklavının yenidən qurulması üçün “milyard dollarlıq fond”un yaradılmasını elan edəcək. Bu fond şurada iştirak edən ölkələrin ianələri hesabına maliyyələşdiriləcək.
Bir mənbə qeyd edib ki, ABŞ yuxarıda adı çəkilən ölkələrdən bu vəsaitləri fonda birbaşa ianə etmələrini istəməyib.
“İnsanlar bizə təkliflərlə müraciət ediblər”, - deyə mənbə əlavə edib.
O, həmçinin, Trampın toplanan vəsaitləri açıqlayacağını qeyd edib.
Agentliyin məlumatına görə, Amerika tərəfi həmçinin bir neçə ölkənin yaxın aylarda Qəzza zolağında yerləşdirilməsi gözlənilən sabitləşdirmə qüvvələrinə bir neçə min əsgər ayırmağı planlaşdırdığını açıqlayacaq.
Agentliyin bildirdiyinə görə, görüşdə liderlər də daxil olmaqla ən azı 20 ölkənin nümayəndəsi iştirak edəcək.
Görüşdə Qəzza zolağı, o cümlədən anklavın idarəçiliyi ilə bağlı məsələlər müzakirə olunacaq.
Seçilən
16
yeniavaz.com

1Mənbələr