AZ

“Böyük İsrail” gündəmdə: ABŞ Türkiyə ilə müharibə edəcək?

Konkret.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

İrandan sonra ABŞ-ın hədəfi Türkiyədir. Bunu ABŞ Müdafiə Nazirliyinin keçmiş müşaviri, istefada olan polkovnik Duqlas Makqreqor deyib. Onun sözləri regional gündəmdə geniş rezonans doğurub. Bəs, ABŞ və Türkiyə arasında müharibə ehtimalı varmı?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Əli Mustafa ABŞ və Türkiyə arasında hərbi qarşıdurma ehtimalını real saymadığını deyib.

“Hazırda ABŞ ilə İran arasında ciddi gərginlik və risklər mövcuddur. Tehran son illər Rusiya və Çinlə yaxın münasibətlər qurub. Xüsusilə də Çinə ucuz neft ixrac edir. İranın nüvə və raket proqramı isə Vaşinqton tərəfindən təhlükə kimi qiymətləndirilir”.

Əli Mustafanın fikrincə, İranın enerji resursları və bunun Çin iqtisadiyyatına dəstək verməsi ABŞ üçün arzuolunan deyil. Lakin Türkiyə ilə bağlı vəziyyət fərqlidir:

“Türkiyə xammal ölkəsi deyil və eyni zamanda NATO üzvüdür. Hazırda ABŞ bölgədə bir çox məsələləri məhz Türkiyə ilə əməkdaşlıq çərçivəsində həll etməyə çalışır. Vaşinqton-Ankara xəttində fikir ayrılıqları olsa da, tərəflər ümumilikdə dil tapa və uzlaşa bilirlər”, – o vurulayıb.

Politoloq əlavə edib ki, bəzi dairələrdə “böyük İsrail” layihəsi çərçivəsində İran və Türkiyənin zəiflədilməsi ilə bağlı iddialar səsləndirilsə də, bu yanaşma reallığı əks etdirmir. Onun sözlərinə görə, hazırda dünya nizamı çoxqütblü xarakter alır və regionda əsas güc mərkəzlərindən biri kimi Türkiyə qəbul olunur.

“ABŞ-ın qlobal miqyasda bütün ölkələrlə eyni səviyyədə əməkdaşlıq imkanları əvvəlki kimi geniş deyil. Bu səbəbdən Vaşinqton daha çox regionun aparıcı dövlətləri ilə əməkdaşlığa üstünlük verir və Türkiyə də bu ölkələr sırasındadır. Bu baxımdan ABŞ ilə Türkiyə arasında hərbi müharibə gözlənilmir”.

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
47
1
konkret.az

2Mənbələr