AZ

Açıq şəkildə etiraf etməliyik... Deputat

Modern.az saytına istinadən ain.az xəbər verir.

"Açıq şəkildə etiraf etməliyik ki, bələdiyyələrin maliyyə dayanıqlığı əsasən yerli vergilərin effektiv toplanmasından asılıdır. Lakin praktikada vergi bazasının zəif qurulması, ödəmə intizamının aşağı olması və informasiya sistemlərinin natamamlığı ciddi problemlər yaradır".

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bugünkü plenar iclasında Azər Badamov Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2025-ci ildə fəaliyyəti haqqında məruzəsinin müzakirəsi zamanı deyib.

Deputat vurğulayıb ki, vergilərin yığılması ilə bağlı təsirli mexanizmlər mövcud olmadığından bələdiyyələr əksər hallarda vergi ödəyicilərinə yalnız bildirişlər göndərməklə kifayətlənirlər. Nəticədə vergi yığımı passiv xarakter daşıyır.

“Vergi ödənişlərində passivliyin mövcud olması və aşağı yığım göstəriciləri bələdiyyələrin fəaliyyətini lazımi səviyyədə qurmasına imkan vermir. Bu baxımdan bələdiyyələrin vahid informasiya sisteminə inteqrasiya olunmasını və vətəndaşlar digər dövlət orqanlarına müraciət edərkən ilkin olaraq vergi borcunun ödənilməsi şərtinin tətbiq edilməsini təklif edirəm” – o qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
modern.az

1Mənbələr