Ayna saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
"Mən təklif etdim və Prezident Tramp razılaşdı ki, bu genişmiqyaslı əməliyyata son qoyulsun"
Donald Tramp administrasiyasının "sərhəd çarı" adlandırılan Tom Homan ABŞ Prezidentinin Minnesota ştatında qanuni statusu olmayan immiqrantları müəyyən etmək və deportasiya etmək üçün əməliyyata son qoymaq təklifini dəstəklədiyini açıqlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
"Mən təklif etdim və Prezident Tramp razılaşdı ki, bu genişmiqyaslı əməliyyata son qoyulsun", Homan qeyd edib.
Qeyd edək ki, Minnesota ştatında əməliyyatda üç min immiqrasiya agenti iştirak edib. Yanvarın sonlarında Tramp İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) və Sərhəd Patrul agentlərinin Minnesota ştatının ən böyük şəhəri olan Minneapolisdən tədricən geri çəkiləcəyini açıqlayıb.
Fevralın əvvəlində Homan 700 agentin ştatdan geri çəkiləcəyini açıqlayıb. İndi o qalan agentlərin gələn həftə, 22 fevrala qədər geri çəkiləcəyini deyir.
Minneapolisdə genişmiqyaslı immiqrant əleyhinə əməliyyatdan sonra etirazlar baş verib. Yanvarın ayrı-ayrı günlərində agentlər iki yerli sakini öldürüblər.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.