AZ

Cəzaların İcrası Məcəlləsinə dəyişiklik edilir – Məhkumlar cəriməni necə ödəyəcəklər?  

Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilir.

AZƏRTAC xəbər verir ki, bununla bağlı qanun layihəsi parlamentin fevralın 13-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Layihəyə əsasən, məcəllənin 24-cü maddəsi yeni redaksiyada verilir. Həmin maddəyə görə, məhkum cəriməni müəyyən edilmiş müddətdə ödəmədikdə cərimə növündə cəzanın icrası hökmü çıxarmış məhkəmə tərəfindən məcburi qaydada icraya yönəldilməklə həyata keçiriləcək. Bu halda cərimə, ilk növbədə, məhkumun əməkhaqqına və ya başqa qazancına yönəldiləcək. Məhkumun əməkhaqqı və ya başqa qazancı olmadıqda, yaxud məhkumun əməkhaqqı və ya başqa qazancı cərimənin tamamilə ödənilməsi üçün kifayət etmədikdə cərimə məhkumun xüsusi mülkiyyətdə olan əmlakına və ya ümumi mülkiyyətdə olan payına yönəldilir və bu halda “İcra haqqında” Qanunun tələbin borclunun əmlakına yönəldilməsi ilə bağlı müddəaları tətbiq olunacaq.

Qanun layihəsi cərimənin icrasında prioritet ardıcıllığın yenidən nəzərdən keçirilməsini, o cümlədən cərimənin, ilk növbədə, məhkumun əməkhaqqına və ya başqa qazancına yönəldilməsini, icra prosesinin operativliyinin artırmasını və cərimə məbləğinə ekvivalent olmayan əmlaka həbs qoyulmasını və satış zərurətinin minimuma endirilməsini təmin etmək məqsədilə hazırlanıb.

Qanun layihəsi birinci oxunuşda təsdiqlənib.

Seçilən
14
40
azerbaijan-news.az

10Mənbələr