AZ

Məzlum Abdi Münxen Təhlükəsizlik Konfransına dəvət olunub

“Suriya Demokratik Qüvvələri”nin (SDQ) komandanı Məzlum Abdi Almaniyada keçirilən Münxen Təhlükəsizlik Konfransına qatılacaq.

"Cebheinfo.az" xəbər verir ki, Abdi bu gün başlayan və 15 fevralda sona çatacaq konfransda müvəqqəti Suriya hökumətinin xarici işlər naziri Şeybani ilə görüşəcək.

"Rûdaw"a məlumat verən mənbələr Məzlum Abdi və nazir Şeybaninin konfransa ayrı-ayrılıqda rəsmi dəvətli kimi qatıldıqlarını, lakin tədbir çərçivəsində ikitərəfli görüş keçirəcəklərini bildiriblər.

Konfransda Şimali və Şərqi Suriya Muxtar Administrasiyasının xarici əlaqələr idarəsinin həmsədri İlham Əhmədin də iştirak edəcəyi qeyd olunub.

Tədbirə təxminən 120 ölkədən 1000-dən çox nümayəndə qeydiyyatdan keçib ki, onların arasında 60-dan çox dövlət və hökumət başçısı var.

Türkiyəni Hakan Fidan və Yaşar Gülərin təmsil edəcəyi konfransda Almaniya kansleri Fridrix Mers, Fransa Prezidenti Emmanuel Makron, İtaliya Baş naziri Corcia Meloni və Ukrayna Prezidenti Volodimir Zelenskinin yer alacağı gözlənilir.

Sammitdə ABŞ-ni dövlət katibi Marko Rubionun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

Seçilən
26
cebheinfo.az

1Mənbələr