AZ

Tramp qınadı, Hersoq sərt cavab verdi – İsraildə siyasi gərginliyin səbəbləri

“İsrail Prezidenti İshaq Hersoq Baş nazir Benyamin Netanyahunu əfv etməkdən imtina edir. Bu adam özündən utanmalıdır”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

İshaq Hersoq isə Trampa cavab olaraq bildirib ki, “yadımda qalan ən yaxşı məlumata görə, İsrailin prezidenti mənəm”.

Qeyd edək ki, Netanyahu Trampın birinci prezidentliyi zamanı başlayan üç ayrı işdə – fırıldaqçılıq, rüşvətxorluq və etibarın pozulması ittihamları ilə üzləşib.

Qabil
Qabil Hüseynli

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Donald Trumpın başqa bir ölkənin daxili məhkəmə prosesinə bu cür açıq müdaxilə xarakterli fikir bildirməsi diplomatik baxımdan qeyri-adi və sərt sayılır:

“Xüsusilə söhbət İsrail kimi ABŞ ilə yaxın müttəfiq olan bir dövlətdən gedirsə. Bu cür açıqlamalar adətən ya şəxsi-siyasi münasibətlərin göstəricisi olur, ya da daxili auditoriyaya hesablanmış mesaj xarakteri daşıyır.

Digər tərəfdən, İshaq Hersoqun cavabı daha çox konstitusion çərçivəyə işarədir. İsraildə prezident postu əsasən simvolikdir, amma əfv səlahiyyəti var və bu qərar hüquqi prosedurlara bağlıdır. O, faktiki olaraq “bu qərarı mən verirəm və bu, xaricdən diktə oluna bilməz” mesajı verdi.

Benyamin Netanyahuya qarşı irəli sürülən ittihamlar isə uzun müddətdir davam edən məhkəmə prosesidir və İsrail daxilində ciddi siyasi qütbləşmə yaradıb. Bu işlər Trampın birinci prezidentliyi dövründə başlayıb, amma bu o demək deyil ki, proses ABŞ tərəfindən başladılıb. Bu, İsrail prokurorluğunun daxili hüquqi araşdırmasının nəticəsidir.

Ümumən baxanda, bu qarşılıqlı bəyanatlar daha çox siyasi mövqe nümayişidir. Tramp Netanyahunu açıq şəkildə müdafiə edir, Hersoq isə institusional müstəqilliyi vurğulayır. Məsələnin mahiyyəti ondan ibarətdir ki, İsraildə məhkəmə prosesi davam edir və əfv məsələsi hüquqi mərhələlər tamamlanmadan gündəmə gəlmir. Buna görə də indiki mərhələdə bu, daha çox siyasi ritorika təsiri bağışlayır”.

Atilla Rzasoy

Seçilən
8
1
nocomment.az

2Mənbələr