AZ

Bakıda NATO-nun Mobil Təlim Qrupunun kursu keçirilib

Azərbaycan Müdafiə Nazirliyi və NATO arasında 2026-cı il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına (IPCP) əsasən, Bakıda NATO-nun Brunssumda yerləşən Müştərək Qüvvələr Komandanlığının mobil təlim qrupunun ekspertləri tərəfindən "NATO-da logistikanın planlaşdırılması" mövzusunda təlim kursu keçirilib.

News365.az xəbər verir ki, Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, kurs ərzində "Əməliyyatlar zamanı əməliyyat planlama prosesində logistikanın təşkili" ssenarisi üzrə tapşırıqların yerinə yetirilməsi ilə bağlı nəzəri və praktiki məşğələlər təşkil olunub, həmçinin hərbi qulluqçulara NATO ilə ümumi tanışlıq və logistika ilə əlaqədar müxtəlif brifinqlər təqdim edilib.

Kursun sonunda iştirakçılara sertifikatlar verilib.

Bakıda NATO-nun Mobil Təlim Qrupunun kursu keçirilib

Seçilən
19
26
news365.az

10Mənbələr