AZ

Qapısız siniflər, çatlayan divarlar BU MƏKTƏBDƏ TƏHLÜKƏ

ain.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ölkədə mövcud təhsil ocaqlarının bir qismi əsaslı təmir olunub, bir qismi isə yenidən inşa edilərək şagirtlərin istifadəsinə verilib. Amma bəzi bölgələrdə hələdə istismar müddətini başa vurmuş, köhnə, sınıq-salxaq avadanlıqlarla təchiz olunmuş təhsil ocaqlarıda qalır.

APA TV- nin yerli bürosunun məlumatına görə, belə təhsil ocaqlarından biridə Zərdab rayonunun Nəriman Nərimanov adına Məmmədqasımlı kənd tam orta məktəbidir.

Sakinlər deyir ki, təhsil ocağı uzun illərdirki qəzalı vəziyyətdədir. Ötən əsrin sonlarında, 1978-cü ildə inşa olunan məktəb binasının hazırkı durumu valideynləri ciddi narahat edir. Sakinlərinin sözlərinə görə, binada uzun müddətdir əsaslı təmir işləri aparılmayıb. Bu səbəbdəndə dərin çatlar yaranan divarlar, köhnə pilləkənlər, sınıq- sökük pəncərələr, qapısız sinif otaqları valideyinləri, təhsildən daha çox evladlarının hər an təhlükə ilə üzləşmələri narahat edir. Bu azmış kimi məktəbin istilik sistemi də mövcud deyil. Odun sobası ilə qızdırılan qəzalı otaqlarda oturmaq isə hər təhlükədən xəbər verir. Yağışlı havalarda isə problem bir qədərdə böyüyür. Belə ki, məktəbin dam örtüyündən axan su sinif otaqlarına dolur. Bu səbəblərə görə bir çox valideyn övladlarını məktəbə göndərməkdən imtina edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
lent.az

1Mənbələr