AZ

Tərtərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 14-cü ildönümü münasibətilə tədbir keçirilib - Fotolar 

Tərtər rayonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 14-cü ildönümü və əməkdaşların peşə bayramı münasibətilə tədbir keçirilib. Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər rayon təşkilatının sədri və Xidmətin rayon şöbəsinin əməkdaşları iştirak ediblər...

Mərkəzi Meydanda, Ulu Öndər Heydər Əliyevin abidəsi önündə təşkil olunan tədbirdə iştirakçılar əvvəlcə dahi rəhbərin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, tədbir iştirakçılarını 13 fevral – Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 14-cü ildönümü və peşə bayramı münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb. Natiq səfərbərlik hazırlığının yüksəldilməsi istiqamətində həyata keçirilən şərəfli və məsuliyyətli fəaliyyətlərində şəxsi heyətə uğurlar diləyib.

Rayon rəhbəri qeyd edib ki, ötən dövr ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində böyük inkişaf yolu keçərək ordu quruculuğu prosesinə mühüm töhfələr verib. Bildirilib ki, gənclər arasında hərbi vətənpərvərlik tərbiyəsi gücləndirilib, vətəndaşların ilkin hərbi qeydiyyata alınması və müddətli hərbi xidmətə çağırışın təşkili sahəsində əhəmiyyətli uğurlar əldə olunub.

Tədbirin sonunda xidməti fəaliyyətində fərqlənən bir qrup əməkdaş Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərmanlarla təltif edilib.

Poliqon.info

Seçilən
30
poliqon.info

1Mənbələr