AZ

Daha bir rayonda yas mərasimləri sadələşdirildi

ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Şəmkir rayonunda yas mərasimlərinin sadə keçirilməsi ilə bağlı qərar qəbul edilib.

Gununsesi.info bildirir ki, bu barədə ilahiyyatçı Tural İrfan sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, rayon ağsaqqalları yas mərasimlərində israfçılığın aradan qaldırılması və məclislərin dəbdəbədən uzaq, sadə formada təşkili ilə bağlı razılığa gəliblər.

İlahiyyatçı bu addımı alqışladığını qeyd edərək vurğulayıb ki, belə təşəbbüslər digər rayon və kəndlərdə də davam etdirilməlidir.

Banu

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
icma.az

1Mənbələr