AZ

Yaponiya və Çin arasında gərginlik – SƏBƏB BUDUR

Yaponiya hakimiyyəti Çin balıqçılıq gəmisini saxlayıb və kapitanını xüsusi iqtisadi zonada yoxlamadan qaçmağa cəhd etdiyi üçün həbs edib.

NOCOMMENT.az xəbər verir ki, 47 yaşlı Çin gəmisinin kapitanı gəmini yoxlamaq üçün dayandırmaq əmrinə əməl etməməkdə ittiham olunur.

Gəmidə kapitanla birlikdə əlavə on nəfər də olub.

“Biz xarici gəmilərin qanunsuz balıqçılıq fəaliyyətinin qarşısını almaq və onları dayandırmaq məqsədilə hüquq-mühafizə tədbirlərimizi qətiyyətlə davam etdirəcəyik”, – deyə Yaponiya hökumətinin baş katibi Minoru Kihara mətbuat konfransında bildirib.

Agentlik qeyd edir ki, son illərdə Yaponiya Cənubi Koreya və Tayvan gəmilərini də saxlayıb, lakin Çin balıqçılarla bağlı belə bir hadisə 2022-ci ildən sonra ilk dəfədir və bu, ölkələr arasındakı diplomatik münasibətlərin gərginləşməsinə səbəb ola bilər.

Aliyə

NOCOMMENT.az 

Seçilən
119
nocomment.az

1Mənbələr