AZ

Ötən il 109 vətəndaşa mühafizə orderi verilib

Ötən il Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məişət zorakılığına məruz qalmış 109 vətəndaşa mühafizə orderi verilməsinə nail olub. 



Manset.az xəbər verir ki, bunu Komitənin sədri Bahar Muradova 2025-ci il üzrə hesabat iclasında deyib.


Bahar Muradova bildirib ki, 2023-cü il ilə müqayisədə Dövlət Komitəsinə daxil olan müraciətlər əsasında verilən mühafizə orderlərinin sayı 30% artıb.


Qeyd edək ki, Komitə tərəfindən müvafiq vətəndaşlara 2022-ci ildə 46, 2023-cü ildə 83 mühafizə orderi verilib.  



Fidan Vəlisoy 

Seçilən
25
1
manset.az

2Mənbələr