AZ

Azərbaycanda seysmoloji vəziyyət necədir? - RƏSMİ AÇIQLAMA

Dünən İsmayıllı seysmoloji stansiyasından 17 kilometr şimal-qərbdə - İsmayıllı rayonunda zəlzələ qeydə alınıb. 

Maqnitudası 3, 2 olan zəlzələ yerli vaxtla saat 17:54-də qeydə alınıb.

Bəs hazırda ölkədə seysmoloji vəziyyət necədir?

Day.Az xəbər verir ki, mövzu ilə bağlı Mövzu ilə bağlı Milli.Az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri Vüsalə Rafiqqızı bildirib ki, hazırki saata qədər hər hansı dəyişiklik yoxdur.

"Dünən İsmaylllıda qeydə alınan zəlzələ də zəif hiss olunmayan təkan idi. Ölkəmizdə xırda təkanlar maqnitudası çox kiçik olanlar həmişə var və bu Yerin təkində gedən proseslərlə bağlıdır. Hazırki saata qədər narahatçılıq yaradacaq heç bir hal yoxdur. Zəlzələnin dəqiq proqnozu yoxdur və heç kim də bu barədə birmənalı olaraq fikir söyləyə bilməz", - deyə o qeyd edib.

Seçilən
4
3
day.az

4Mənbələr