AZ

Boşananları CƏRİMƏLƏYƏN qanun yaradılır? Öz ailələrinə tətbiq etsinlər

Lent az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ötən günlərdə müğənni Eldəniz Məmmədov Azərbaycanda boşanmaların sayının azaldılması üçün boşanan şəxslərə külli miqdarda cərimə tətbiq olunması təklif etdiyi açıqlama vermişdi. O bildirmişdi ki, ölkədə boşananlara 50 min dollar cərimə tətbiq edilsə, statistik sayda da azalma müşahidə olunar.

Bəs görəsən, boşanmaların çətinləşməsi onun sayını azalda bilərmi? Ümumiyyətlə belə bir addıma gərək var?

Hüquqşünas Şamil Paşayev Lent.az-a açıqlamasında bildirib ki, boşanmaların sərtləşdirilməsi onun sayını azaltmayacaq:

“Azərbaycanda şou-biznes nümayəndələri, meyxanaçılar, şairlər, müğənnilər, xalq artisti və xalq yazçılarından sosioloq kimi münasibət öyrənirlər. Təəssüf ki, onlar da cəmiyyətin idarəetmə prinsiplərini, ailə institutunun mahiyyətini bilmədən öz təbirləri ilə məsləhətlər verirlər. Bu çox yanlış addımdır. Yaxşı olar ki, müğənnilər və digər şəxslər peşəkarlarla məsləhətləşib, danışsınlar. Ailə institutu, hüquq münasibətləri, cəmiyyətdəki sosial-fəlsəfi düşüncələrlə bağlı öz fikirlərini də ailələrinə tətbiq etsinlər.

Dünyanın sivil ölkələrinin heç birində boşanma ilə bağlı nə cərimə, nə də ki, cəza var. Boşanma və ya evlənmə iki insanın bir yerdə yaşamaq istəyib, istəməməyi ilə bağlıdır. Bu kimi cərimələrin tətbiq edilməsi hüquqsuzluğa, nikahsız ailələrinin çoxalmasına, evlilik institutunun məhvinə gətirib çıxarır. Çünki insanlar belə cərimələr olduğu müddətdə evlənmək istəməzlər.

Dünya üzrə statistikalarda boşanmaların ən çətin olduğu ölkə İran göstərilir. Ən çox boşanma da, nikahsız birlikdə yaşamaq da İrandadır. Buna baxmayaraq, boşanmaların şərtləri və cəzası çox ağırdır. Boşanmanı ağırlaşdırmaq və çətinləşdirmək onun qarşısını almayacaq. Azərbaycanda bu gün də boşanmalar var və bir müddət də yüksələn templə gedəcək. Vətəndaşlarımız hələ də mental xüsusiyyətlərdən, basqılardan, ailə institunun arxaikliyi şüurundan və düşüncəsindən azad ola bilməyib. Ona görə də boşanmaların bu qədər çox olması labüddür. Biz boşanmağın qarşısını almaqdan çox, evlənərkən bunun boşanma ilə nəticələnə biləcəyini insanlara təlqin etməliyik. İnsanlar niyə evləndiklərini dərk etməlidirlər. Bizdə evlilik pillədir. Uşaq bağçaya gedir, böyüyür məktəb oxuyur, oradan universitetə qəbul olur, hərbi xidmət keçir sonra isə evlənmə mərhələsinə çatdığını düşünür. Bu doğru deyil. Evliliyə həyatın növbəti addımı, hədəfi kimi baxmaq yanlışdır. Tam hazır hiss etdikdə evlənmək lazımdır. Bu, şüurlu addım olduğu üçün boşanma sayı da az olur.

Boşanmanı o qədər vahiməli formada təqdim edirlər ki, insanlar düşünür yəqin, vəziyyət uçurum həddindədir. Bəzən statistika verilir ki, bu il 40 min evlilik, 20 min boşanma olub. Adamlar elə anlayır ki, 40 min yeni evlənənin 20 mini boşanıb. Halbuki bu il 40 min nəfər evlənib, boşanan 20 min adam isə son 30-40 il əvvəl evlənən adamlardır.

Bu kimi məsələlərə həssas yanaşmaq lazımdır. Hörmətli artistlərimiz, xalq yazıçılarımız, şairlərimiz bu məsələlərdə sosial, hüquqşünas, filosof kimi düşünməsələr, danışmasalar, çox yaxşı olar. Ailənin qurulması, sonlandırılması adamların şəxsi ailə təcrübəsindən irəli gələn məsələ deyil. Boşanan cütlüklərə 50 min manat cərimə qoyulur, onun isə bunu ödəməyə gücü yoxdur. Belə çıxır ki, 50 minə görə həyatını cəhənnəmə çevirməlidir? Bir həyat məhv olub gedəcək, amma boşana bilməyəcək? Ən yaxşı halda ağıllı, şüurlu, düşüncəli insanlar əvvəldən düşünəcək ki, niyə evlənim, sonra da 50 min ödəməli olum?”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
lent.az

1Mənbələr