AZ

Azərbaycan ABŞ münasibətlərinin dərinləşdirilməsi üçün atılan strateji addım ŞƏRH

Ses qazeti saytına istinadən ain.az xəbər verir.

Fevralın 10-da Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vens tərəfindən hər iki ölkənin hökumətləri arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb. Bu sənəd siyasi, iqtisadi və təhlükəsizlik baxımından ölkəmiz üçün olduqca mühüm əhəmiyyət daşıyır. Tərəflər müdafiə sənayesi məhsullarının satışı da daxil olmaqla, müdafiə və təhlükəsizlik əməkdaşlığının əhatə dairəsini genişləndirmək niyyətindədirlər. Azərbaycan və ABŞ terrorizm təhdidinə qarşı birgə mübarizə aparmaq öhdəliklərini nəzərə alaraq mövcud antiterror əməkdaşlığını genişləndirməyi planlaşdırırlar. Eyni zamanda, kibertəhlükəsizlik və mühüm infrastrukturun mühafizəsi sahəsində bacarıqların artırılması üzrə əməkdaşlıq nəzərdə tutulur. Azərbaycan Respublikasının mina və digər partlayıcı maddələrlə çirklənmə səbəbindən üzləşdiyi ciddi çətinlikləri nəzərə alaraq, humanitar minatəmizlənmə sahəsində maliyyə dəstəyi və texnologiya ötürülməsi vasitəsilə potensialın artırılmasında əməkdaşlıq etmək niyyətindədirlər. Sənədə uyğun olaraq Azərbaycan və ABŞ Trans-Xəzər Nəqliyyat Dəhlizini (Orta Dəhliz) əsas götürərək quru, dəniz və hava nəqliyyatı infrastrukturunun inkişafı, enerji və data bağlantısı, ticarət və tranzitin asanlaşdırılması, gömrük nəzarəti və sərhəd keçidi, beynəlxalq multimodal logistika və digər əlaqəli sahələrdə əməkdaşlıq yolu ilə regional bağlantıları təşviq etmək üçün birgə işləmək niyyətindədir.

Vitse-prezident Vens çıxışında ABŞ-Azərbaycan münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu və bu əməkdaşlığın qarşılıqlı etimada əsaslandığını vurğulayıb. Amerikanın regionda sülh və rifahı dəstəkləmək üçün TRIPP layihəsini strateji prioritet kimi gördüyünü və layihənin yalnız nəqliyyat koridoru deyil, eyni zamanda ticari, enerji və kritik mineral sahələrdə regional inteqrasiyanı möhkəmləndirəcəyini diqqətə catdırıb. Prezident İlham Əliyev həmçinin Bakı ilə Vaşinqton arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının tarixi əhəmiyyətini qeyd edərək, bu sənədin ölkələr arasında təhlükəsizlik, enerji, texnologiya və regional stabillik sahələrində əməkdaşlığın genişlənməsi üçün bünövrə qoyduğunu bildirib.

Bu bəyanatlar regionda uzun illər davam edən qarşıdurmanın sona çatmasına yönəlir və ciddi siyasi iradənin mövcud olduğunu göstərir. TRIPP kimi genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi, sülh prosesini dərinləşdirə və Cənubi Qafqazda iqtisadi inkişafı sürətləndirə bilər ki, bu da, sülh və rifah ideallarını reallığa çevirən tarixi addım kimi qiymətləndirilir.

Nurlana Yusifova

YAP Samux rayon təşkilatının əməkdaşı

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
sesqazeti.az

1Mənbələr