AZ

“Sağlam məhəllə” layihəsi çərçivəsində 16 rayonda açıq meydançalar tikiləcək – ₼1.3 mln ayrıldı

“Sağlam məhəllə” layihəsi çərçivəsində 16 rayonda açıq meydançalar tikiləcək.

Banker.az xəbər verir ki, Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti tərəfindən “Sağlam məhəllə” layihəsi çərçivəsində 16 rayonda açıq meydançaların tikintisi və zəruri avadanlıqlarla təchizatı işlərinin satın alınması həyata keçirilir.

Layihə üzrə işlərin icrası “Sahil İnşaat 2020” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə olunub.

Müqavilənin dəyəri 1 319 663 manat təşkil edir.

Seçilən
12
banker.az

1Mənbələr